Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fransa Prezidenti Emmanuel Makron Serbiya Prezidenti Aleksandar Vuçiçlə telefon danışığı aparıb.

Makron, Serbiyanın taleyinin Avropa ilə bağlı olduğuna inandığını bir daha ifadə edib və ölkənin dialoq ruhunda islahatlar və üzvlük prosesi istiqamətində irəliləməsini ümid etdiyini bildirib. O deyib: "Fransa və Serbiya arasında münasibətləri ümumi şəkildə müzakirə etdik və əməkdaşlığımızı daha da gücləndirmək qərarına gəldik. Regiondakı vəziyyəti də ətraflı müzakirə etdik. Fransanın Bosniya və Herseqovinanın sabitliyi, birliyi və suverenliyi ilə yanaşı, hüququn aliliyi prinsipinə verdiyi önəmi xüsusi vurğuladım. Eyni zamanda Serbiya ilə Kosovo arasında dialoqun vacibliyini və bu dialoqa zərər verə biləcək birtərəfli addımları pislədiyimizi xatırlatdım."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp