Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nəşrdə bildirilir ki, Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub. Danışıq zamanı Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna və Odessa şəhərindəki SOCAR neft bazasına hücumu məsələsi müzakirə edilib. Hər iki ölkə lideri Rusiya Silahlı Qüvvələrinin hərəkətlərinə qəzəbini ifadə edib.

Xəbərdə qeyd olunur ki, 2025-ci il avqustun 7-dən 8-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Odessa bölgəsində SOCAR şirkətinə məxsus neft anbarına hücum edərək obyektə beş ədəd “Şahed” hücum dronu göndərib. Nəticədə yanğın baş verib və dizel kəmərinə ziyan dəyib.

Bu, son həftələrdə Ukraynada Azərbaycana məxsus obyektlərə edilən ikinci hücum olub. Şirkətin dörd əməkdaşı ağır yaralanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp