Karni: ABŞ-ın göstərdiyi liderliyi alqışlayırıq
Ottava, 13 avqust (Hibya) – Kanada Baş naziri Mark Karni bildirib ki, qarşıdan gələn danışıqlarda Ukraynada ədalətli və davamlı sülhün təmin olunması üçün ABŞ-ın göstərdiyi liderliyi alqışlayırlar.
Baş nazir Karni Ukraynaya davamlı dəstəyi müzakirə etmək üçün İstəklilər Koalisiyasının liderləri ilə görüşdüyünü açıqlayıb.
Onları ortaq prinsiplərin birləşdirdiyini vurğulayan Karni deyib: “Ukraynanın gələcəyi ilə bağlı qərarlar Ukrayna xalqı tərəfindən qəbul edilməlidir, beynəlxalq sərhədlər zor tətbiq edilərək dəyişdirilə bilməz və diplomatik səylər Rusiyanın ədalətsiz təcavüzkar müharibəsinə son qoyması üçün hərbi və iqtisadi təzyiq vasitəsilə gücləndirilməlidir.”
Karni, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edə bilməsi üçün etibarlı zəmanətlər əldə etməyin vacib olduğunu qeyd edərək əlavə edib: “Qarşıdan gələn danışıqlarda Ukraynada ədalətli və davamlı sülhün təmin olunması üçün ABŞ-ın göstərdiyi liderliyi alqışlayırıq.”
Azərbaycan İnformasiya Agentliyi