Meloni: Hindistan xalqı ilə tam həmrəyliyimizi ifadə edirəm
Roma, 12 iyun (Hibya) – İtaliyanın Baş naziri Corcia Meloni Hindistanın Qucarat ştatının Ahmedabad şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı açıqlama verib.
Baş nazir Meloni Ahmedabad şəhərində baş verən faciəli təyyarə qəzasından dərin kədər hissi keçirdiyini bildirib.
İtaliya hökuməti və öz adından qurbanların ailələrinə səmimi başsağlığı verən Meloni, bu böyük kədər anında Hindistan xalqı ilə tam həmrəy olduqlarını bildirib.
Azərbaycan İnformasiya Agentliyi