Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Almaniya Kansleri Fridrix Mers bildirib ki, İsraillə İran arasındakı münaqişə G7 gündəliyində ön sıradadır.

O bildirib ki, məqsədi dörd əsas məqam üzrə razılıq əldə etməkdir və deyib:

“İran nüvə silahı inkişaf etdirməməli və sahib olmamalıdır. Bu, İsrail, Yaxın Şərq və beynəlxalq ictimaiyyət üçün təhlükədir. İsrail öz mövcudluğunu və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək hüququna malikdir. İranın nüvə silahı proqramı İsrail dövləti üçün mövcudluq təhlükəsidir. Münaqişə daha da genişlənməməlidir. Tehran dərhal mülki obyektlərə bombardmanı dayandırmalıdır. Regiondakı digər dövlətlər döyüş meydanına çevrilməməlidir. İranın Almaniyada İsrail və ya yəhudi hədəflərinə hücum edə biləcəyi ehtimalına qarşı hazırıq. Diplomatiya üçün sahə açılmalıdır. Bu çərçivədə Xarici İşlər Naziri bölgədəki həmkarları ilə sıx təmasdadır. Bu gün onunla telefonla danışdım, bütün görüşləri onunla koordinasiya etdim və həmçinin Oman sultanı kimi şəxslərlə şəxsən danışdım.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp