Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqro Prezidenti Yakov Milatoviç, Türkiyə xarici işlər naziri Hakan Fidan ilə iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə etdiyini bildirib.

Milatoviç açıqlamasında bunları deyib:

“Monteneqro, sabit və firavan bir bölgə qurulmasında Türkiyəni mühüm tərəfdaş kimi görür.

Gələn il, Monteneqronun müstəqilliyini yenidən qazanmasının 20-ci ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri gözlənilir – bu da ölkələrimiz arasındakı strateji tərəfdaşlığın güclü təsdiqi olacaqdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp