Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya və Ukrayna arasında İstanbulda keçirilən sülh danışıqlarının üçüncü raundu saat 19:00-da Çırağan Sarayında başladı.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən görüşdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Baş Qərargah rəisi general Metin Gürak iştirak etdilər.

Görüşdə Rusiya tərəfindən Prezident Vladimir Putinin müşaviri Vladimir Medinskiy və Xarici İşlər nazirinin müavini Mixail Qaluzin, Ukrayna tərəfindən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov və Xarici İşlər nazirinin müavini Serqey Kıslıtsya iştirak ediblər.

Nazir Hakan Fidan qeyd edib: “Məqsədimiz müharibəyə son qoymaqdır. Danışıqların əsas məqsədi atəşkəsdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp