Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Netanyahu Macarıstana çox önəmli bir səfəri yenicə başa vurduğunu qeyd edib və Macarıstanı İsrailin böyük bir dostu adlandırıb.

“Bu səfər zamanı Macarıstan beynəlxalq məhkəmədən çıxan ilk ölkə oldu. Bu, gələcəkdə olacaq hadisələrin bir işarəsidir və İsrail Dövləti üçün böyük bir dəstəkdir,” – deyə Netanyahu bildirib.

Netanyahu bildirib ki, səfər çərçivəsində həmçinin sursat istehsalı üzrə əməkdaşlıq məsələsi də müzakirə edilib:

“Yeddi cəbhədə müharibəni davam etdirmək və tam qələbə qazanmaq üçün bizə bu lazımdır. Təbii ki, macarıstanlı girovlar və İsrail üçün vacib olan digər məsələləri də müzakirə etdik. Buradan Prezident Trampın dəvəti ilə ABŞ-a gedirəm və bu məsələləri onunla müzakirə edəcəyəm.”

Netanyahu əlavə edib: “Mən İsrail iqtisadiyyatı üçün çox vacib olan bu məsələni Prezident Tramp ilə müzakirə edəcək ilk beynəlxalq liderəm. Bu mövzuda maraqlı olan bir çox lider var. Bu, ABŞ və İsrail arasında olan xüsusi şəxsi əlaqələri və hal-hazırda olduqca əhəmiyyətli olan münasibətləri əks etdirir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp