Netanyahu ordunu Qəzzaya hücum etməyə əmr etdi
Qüds, 28 oktyabr (Hibya) – Məlumatlara görə, İsrailin baş naziri Benyamin Netanyahu ordunun Qəzza zolağında dərhal güclü hücumlar həyata keçirməsi barədə göstəriş verib.
İsrail Baş nazirinin ofisindən verilən açıqlamada bildirilib ki, təhlükəsizlik məsləhətləşmələrindən sonra Netanyahu ordunun Qəzza zolağında dərhal güclü hücumlar həyata keçirməsi barədə göstəriş verib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında isə qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən və müdafiə naziri İsrael Katsın təsdiqindən sonra Qəzza zolağı ətrafındakı bölgələrdə elan edilən “arxa cəbhədə xüsusi vəziyyət”in uzadılmaması qərara alınıb. “Bu gün saat 18:00-dan etibarən İsrail ordusunun bölgəyə qoyduğu məhdudiyyətlər ləğv ediləcək,” – deyə bəyanatda bildirilib.
Azərbaycan İnformasiya Agentliyi