Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski Kiyevdə Niderlandın xarici işlər naziri David van Weel ilə görüşdüyünü açıqladı.

Zelenski bildirdi ki, Ukraynadakı enerji vəziyyətini müzakirə ediblər və ölkənin enerji sektoruna dəstək üçün yeni yardım paketinə görə minnətdarlığını ifadə edib.

Zelenski qeyd edib ki, Rusiya hər gün Ukraynanın enerji, qaz və su təchizatı infrastrukturuna hücumlarını davam etdirir. “Biz həmçinin dondurulmuş rus aktivlərinin Ukraynanın xeyrinə istifadəsi məsələsini müzakirə etdik. Niderland bu qərarı dəstəkləyir və Rusiyaya təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayır,” – deyə o bildirib.

Zelenski əlavə edib ki, Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması ehtimalını da müzakirə ediblər. “Ukraynaya qarşı Rusiya təcavüzü ilə bağlı Xüsusi Tribunalın yaradılmasında roluna görə Niderlanda təşəkkür edirik. Niderlandın dəstəyinə etibar edə bildiyimiz üçün minnətdaram,” – deyə Zelenski vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp