Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Görüşdə hər iki ölkənin liderləri Pakistan–Macarıstan ikitərəfli münasibətlərini diplomatik əlaqələrin qurulmasının 60 illiyi ərəfəsində daha da gücləndirmək və yeni əməkdaşlıq yollarını araşdırmaq əzmlərini bir daha təsdiqləyiblər.

Dar, Pakistanın Macarıstan ilə ticarət və investisiya əlaqələrini dərinləşdirmək arzusunu vurğulayıb.

Tərəflər qarşılıqlı investisiyaların qorunması haqqında sazişin, mülki aviasiya sahəsində əməkdaşlıq sazişinin və iki ölkə arasında birbaşa uçuşların başlanmasına dair memorandumun, eləcə də diplomatik və rəsmi pasport sahibləri üçün vizadan azadolma sazişinin ən qısa zamanda yekunlaşdırılması əzmini ifadə ediblər.

Macarıstanın xarici işlər naziri hökumətinin Macarıstandakı pakistanlı tələbələr üçün təhsil əməkdaşlığı imkanlarını dəstəkləməyə davam edəcəyini bildirib.

Görüşdə, həmçinin, regional və beynəlxalq sülh və təhlükəsizlik məsələləri də müzakirə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp