Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Quterreş bu gün qlobal böhranlarla əhatə olunmuş dünyada insanlığın sülh qurmaq məsuliyyətinə diqqət çəkərək “Biz necə bir dünya qurmaq istəyirik?” sualını gündəmə gətirdi.

Baş Assambleyanın sadəcə görüş yeri deyil, həm də “mənəvi kompas” olduğunu vurğulayan Quterreş, BMT-nin sülhü qorumaq, insan haqlarını müdafiə etmək və beynəlxalq hüququn tətbiqini təmin etmək kimi əsas missiyalarını xatırlatdı. O əlavə etdi ki, BMT həm də böhran içindəki insanlara ümid verən bir institut kimi çıxış edir.

Quterreş bildirdi ki, bu gün yaşanan böhranlar misilsiz miqyaslara çatıb. Aclıq, müharibə, iqlim böhranı, parçalanmış cəmiyyətlər və dəniz səviyyəsinin qalxması kimi qlobal problemlərə diqqət çəkən Quterreş dedi: “Bunlar sadəcə xəbərdarlıqlar deyil, həm də çağırışlardır. Biz bunlara məhəl qoya bilmərik.”

Baş katib qeyd etdi ki, aclığın silaha çevrilməsi, hücum altındakı suverenliklər və bərabərsizliklə dərinləşən böhranlar BMT-nin əsas prinsipləri ilə ziddiyyət təşkil edir və xəbərdarlıq etdi: “Əgər biz lazım olanı etməsək, fəaliyyət qabiliyyətimizi itirə bilərik.”

Dünya liderlərinə birbaşa müraciət edən Quterreş dedi:

“Biz qanunun aliliyinin hökm sürdüyü bir dünya istəyirik, yoxsa güclünün haqlı olduğu bir dünya? Millətlərin öz maraqlarını önə çəkərək bir-birini məhv etməyə çalışdığı bir sistem, yoxsa birlik olub ortaq xeyir üçün işləyən bir qlobal nizam?”

Quterreş çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq əlavə etdi: “Dünya getdikcə daha mürəkkəb və dinamik hala gəlir. Buna görə də daha güclü beynəlxalq əməkdaşlıq vacibdir. Çoxtərəfli institutlar olmadan bu nizam çox sürətlə xaosa sürüklənə bilər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp