Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xəbərə görə, Putin Kremldə keçirilən iclasda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun döyüş xəttindəki vəziyyətlə bağlı hesabatını dinləyib və Rusiya tərəfinin 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-a qədər bütün hərbi əməliyyatları dayandıracağını bildirib.

Putin bəyan edib: “Humanitar səbəblərlə rəhbər tutularaq, Rusiya tərəfi bu bazar günündən bazar ertəsi gecəyarısına qədər – saat 18:00-dan 00:00-a qədər – Pasxa atəşkəsi elan edir. Bu müddət ərzində bütün hərbi əməliyyatların dayandırılmasını əmr edirəm.”

Putin əlavə edib: “Ukrayna tərəfinin nümunəmizi izləyəcəyini düşünürük. Eyni zamanda, qoşunlarımız atəşkəsin mümkün pozuntularına və düşmənin istənilən təcavüzkar hərəkətinə qarşı hazır olmalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp