Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Yuri Uşakov bildirib: “Dünən axşam, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığından dərhal sonra, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin, Təhlükəsizlik Şurasının daimi üzvlərini Kremlə toplayaraq, amerikalı həmkarı ilə fikir mübadiləsinin məzmunu barədə ətraflı məlumat verdi.”

Cümə axşamı Tramp və Putin vəzifəyə başladıqdan bəri səkkizinci və ən uzun telefon danışığını həyata keçiriblər, söhbət iki yarım saat davam edib.

Tramp, Putinlə telefon danışığından sonra, yaxın zamanda Macarıstan paytaxtında görüşmək barədə razılığa gəldiklərini açıqlayıb. ABŞ Prezidenti daha sonra bunun növbəti iki həftə ərzində baş tuta biləcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp