Qebreyesus Fransa Prezidenti Makron ilə görüşüb
Paris, 17 sentyabr (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.
ÜST-nin Baş direktoru Qebreyesus, Fransa Prezidenti Emmanuel Makron ilə Yelisey Sarayında görüşüb.
Makrona “Hamı üçün sağlamlıq” proqramını dəstəkləmək, qorumaq və təmin etmək üzrə səylərinə davamlı dəstəyinə görə təşəkkür edən Qebreyesus deyib: “Biz ÜST Akademiyasının fəaliyyətini gücləndirmək və böhran şəraitində yaşayan ən həssas insanlara tibbi yardım çatdırmaq üçün tərəfdaşlığımızı davam etdirəcəyik.”
Qebreyesus əlavə edib ki, həmçinin ÜST islahatları və daha səmərəli qlobal səhiyyə arxitekturasına ehtiyac barədə də müzakirələr aparılıb.
Azərbaycan İnformasiya Agentliyi