Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Telefon danışığında bölgədəki son hadisələr, xüsusilə İsrailin İran ərazisinə hücumu müzakirə olunub.

Qətər Baş naziri və XİN rəhbəri İsrailin hücumunu qəti şəkildə pisləyərək bu hücumun İranın suverenliyi və təhlükəsizliyinə açıq-aşkar bir təcavüz və beynəlxalq hüququn və prinsiplərin kobud pozuntusu olduğunu bildirib.

Al Sani, qurbanların ailələrinə başsağlığı verdiyini bildirərək Qətərin regional və beynəlxalq tərəfdaşları ilə birlikdə İrana qarşı təcavüzün dərhal dayandırılması və bu cür gərginliyin təhlükəsizlik və sabitlik baxımından yarada biləcəyi dağıdıcı nəticələrdən bölgəni qorumaq üçün çalışacağını təsdiqləyib.

O, bölgədə və dünyada davamlı sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolunun bütün tərəflər arasında konstruktiv dialoqun davam etməsi olduğunu vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp