Quterreş: Beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıram
Nyu-York, 30 Aprel (Hibya) – BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyəti amansız ağrılar və dağıntıların qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Quterreş bildirib ki, Sudandakı getdikcə daha da ağırlaşan fəlakətli vəziyyət son zamanlar Zamzam düşərgəsində baş verən dəhşətli hadisələrlə bir daha ortaya çıxıb.
O, davam edən iztirab və dağıntının dayandırılması üçün beynəlxalq ictimaiyyəti bir daha təcili hərəkətə keçməyə çağırıb.
Azərbaycan İnformasiya Agentliyi