Quterreş: Şəhərlərimizi inklüziv, yaşıl və ədalətli edək
Nyu-York, 31 oktyabr (Hibya) – BMT-nin Baş katibi Antonio Quterreş vurğulayıb ki, rəqəmsallaşma getdikcə şəhər həyatını formalaşdırır.
BMT Baş katibi Quterreş bildirib ki, şəhərlər imkanların və tərəqqinin mərkəzində dayanır.
O qeyd edib ki, rəqəmsallaşma şəhər həyatına getdikcə daha çox təsir göstərir və texnologiyanın insan mərkəzli yanaşma ilə tətbiq edildiyi zaman ədalət və dayanıqlılıq üçün güclü bir alət ola biləcəyini vurğulayıb.
Quterreş çağırış edib: “Gəlin şəhərlərimizi inklüziv, yaşıl və ədalətli edək.”
Azərbaycan İnformasiya Agentliyi