Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xəbərə əsasən, səfirliyin rəsmi saytında hərbi təcrübəsi olan şəxsləri 25-ci briqadada piyada və dron operatoru kimi xidmətə dəvət edən portalın linki yerləşdirilib.

Namizədlərdən gözlənilən tələblər arasında “Yüksək fiziki hazırlıq və motivasiya. Hərbi təcrübə və dronlarla iş təcrübəsi” yer alır. Elana görə, işə qəbul təcili həyata keçirilir.

Perudakı Ukrayna səfirliyi eyni zamanda Ekvador və Kolumbiyadakı diplomatik nümayəndəlik funksiyasını da yerinə yetirir.

Rusiyanın Boqotadakı səfiri Nikolay Tavdumadze RIA Novosti-yə bildirib ki, kolumbiyalı muzdlular Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün 50 nəfərlik qruplarla Avropaya gedirlər. O bildirib ki, Ukraynanın xüsusi xidmət orqanları bu Latın Amerikası ölkəsindən döyüş təcrübəsi olan vətəndaşları aktiv şəkildə cəlb edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp