Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kremlin tərəfindən verilən məlumata görə, müzakirə ticarət, iqtisadiyyat, nəqliyyat, logistika və humanitar yardım kimi sahələrdə mövcud ikitərəfli münasibətlərin aspektlərinə yönəlib. İki lider iri enerji layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər. Putin və Sudani 2023-cü ilin oktyabrında Moskvada keçirilən görüşlərdə əldə edilən razılaşmalara uyğun olaraq ənənəvi olaraq dost və qarşılıqlı faydalı münasibətlərin daha da genişləndirilməsinə dair qarşılıqlı öhdəliklərini ifadə ediblər.

Vladimir Putin və Məhəmməd Şiya əl-Sudani qlobal neft bazarında sabitliyin qorunmasına kömək edən OPEC Plus formatında koordinasiyanın müxtəlif aspektlərini müzakirə ediblər. Liderlər bu formatda atılacaq addımların əlaqələndirilməsinin vacibliyini bir daha vurğulayıblar.

Yaxın Şərq məsələləri də bölgədəki gərginliyin misli görünməmiş dərəcədə artması fonunda müzakirə olunub. Tərəflər müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp