Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Gorelkin yazıb: “Meta adlı ekstremist təşkilata məxsus mesajlaşma proqramının prezidentin göstərişi ilə hazırlanmış, dost olmayan ölkələrdən olan və məhdudiyyətlərə məruz qalan proqram təminatları siyahısına düşmək ehtimalı çox yüksəkdir.”

Millət vəkilinə görə, WhatsApp-ı rusların 68%-i gündəlik istifadə edir. Telegram isə gündəlik istifadə baxımından 55%-lə ikinci yerdədir, lakin hüquqi yurisdiksiyası hələ tam aydın deyil.

Gorelkin Telegram barədə belə deyib: “RKN reyestrində qeydiyyat ölkəsi kimi Britaniya Virgin Adaları göstərilir, amma Pavel Durovun şirkətinin baş ofisi dost ölkə olan Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Şəxsən inanıram ki, Telegram bu siyahıya salınmayacaq – xüsusən də Rusiya qanunvericiliyinə riayət edərsə və bazarda qalmaq istəyini sübut edərsə.”

Deputat əlavə edib: “Müvafiq qanun layihəsinin müzakirəsi zamanı baxdığımız unikal funksiyaların həyata keçirilməsini gözləyirik: “Gosuslugi” vasitəsilə istifadəçilərin identifikasiyası, digər dövlət xidmətləri ilə inteqrasiya, rəqəmsal şəxsiyyət dəstəyi, elektron imza və s.”

Rusiya Prezidenti Vladimir Putin hökumətə göstəriş verib ki, 1 sentyabra qədər, rabitə xidmətləri də daxil olmaqla, dost olmayan ölkələrdən gətirilən proqram təminatlarına əlavə məhdudiyyətlər tətbiq edilsin.

Dövlət başçısı, xüsusilə dövlət idarəçiliyində olmaqla, bütün sahələrdə yerli proqram təminatının istifadəsinin artırılmasını istəyib. Putinin fikrincə, bu, digər məsələlərlə yanaşı, milli təhlükəsizliyi də təmin edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp