Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Saar Zaqrebdə Xorvatiya Baş naziri Andrej Plenkoviç ilə görüşüb.

7 oktyabr qətliamından sonrakı ən qaranlıq dövrdə göstərilən dəstəyə görə təşəkkür edən Saar deyib: “Biz Qəzzadakı vəziyyəti müzakirə etdik və Təhlükəsizlik Kabinetimizin müəyyən etdiyi prinsiplər əsasında müharibəni bitirmək istəyimizi vurğuladım. Ölkələrimiz arasında münasibətlərin güclənməsini səbirsizliklə gözləyirəm!”

Daha sonra Xorvatiyanın Xarici işlər naziri Gordan Grliç Radman ilə ikitərəfli münasibətlər və Yaxın Şərqdəki vəziyyəti müzakirə edən Gideon Saar bildirib:

“Dedim ki, Qəzza və regiondakı terrorçu dövlətlər sabitliyi təhdid edir və bütün tərəflərə acı gətirir. İsrail və Xorvatiya arasındakı münasibətlər hər iki tərəf üçün dəyərlidir. Onları birlikdə gücləndirəcəyik!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp