Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Sıbixa bildirib ki, estoniyalı həmkarı Ukraynanın İsraildən bir estoniya vətəndaşını təxliyə etdiyi üçün təşəkkürünü bildirib.

O, Ukraynanın Estoniya ilə tərəfdaşlığına sadiqliyini bir daha təsdiqləyərək deyib: “Gələcək beynəlxalq tədbirlər, xüsusilə sabah Brüsseldə keçiriləcək Aİ Xarici Əlaqələr Şurasının iclası ərəfəsində mövqelərimizi koordinasiya etdik. Rusiyaya təzyiqləri artırmaq üçün konkret addımlar atmağın vaxtıdır. Aİ-nin 18-ci sanksiya paketi Rusiya iqtisadiyyatına və onun Ukraynaya qarşı müharibəni davam etdirmək qabiliyyətinə dağıdıcı təsir göstərməlidir.”

Sıbixa Haaqadakı NATO Sammitindən gözlənilən nəticələrə də diqqət yetirdiklərini vurğulayaraq əlavə edib: “Estoniyanın Ukraynaya və ədalətli sülhə nail olmaq səylərimizə göstərdiyi liderliyi və davamlı dəstəyi yüksək qiymətləndirirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp