JD Vance: Biz İranla deyil, onun nüvə proqramı ilə müharibədəyik
Vaşinqton, 22 iyun (Hibya) — ABŞ vitse-prezidenti JD Vance bildirib ki, onlar İranla deyil, onun nüvə proqramı ilə müharibə aparırlar.
Vitse-prezident Vance ABŞ-ın İranın nüvə obyektlərinə hava hücumu barədə danışıb.
İranla deyil, nüvə proqramı ilə müharibədə olduqlarını vurğulayan Vance deyib: “Həmin uranı məhv etdik və bunu Amerika pilotlarını riskə atmadan etdik.”
Azərbaycan İnformasiya Agentliyi