Pakistan İƏT Əmək Mərkəzinin Nizamnaməsini imzaladı
İstanbul, 22 iyun (Hibya) – Pakistanın Baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin Nizamnaməsini imzalayıb.
Dar bu sənədi İstanbulda keçirilən İƏT Əmək Mərkəzinin 51-ci iclası çərçivəsində imzalayıb.
O vurğulayıb ki, bu nizamnamə İƏT-ə üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mühüm addımdır.
Azərbaycan İnformasiya Agentliyi