Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Sıbixa bildirib ki, Ukraynanın atəşkəsin uzadılması ilə bağlı təklifinə Moskvadan heç bir cavab verilməyib.

Sıbixa açıqlamasında deyib:

"Dünən və bu gün döyüş əməliyyatlarında müəyyən azalma müşahidə olunsa da, Rusiya qüvvələri Ukrayna mövqelərinə hücumlarını davam etdirib. Ukrayna vəziyyətə uyğun və məsuliyyətli şəkildə cavab verir – döyüş olan yerlərdə atəşlə, sakit bölgələrdə isə səssizliklə. Əsas məsələ isə budur: Ukrayna ötən gecə yarısından etibarən atəşkəsin uzadılmasını təklif edib. Əgər Rusiya da bu təklifi qəbul edərsə, biz 30 günlük tam atəşkəsə hazırıq. Lakin bu barədə Moskvadan hələ də cavab yoxdur."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp
atlantabg
Main Colors:‎