Sudan 10 günlük peyvənd kampaniyasına başlayıb
Cenevrə, 12 iyun (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Sudan Xartumda baş verən böyük vəba epidemiyasını dayandırmaq üçün 10 günlük peyvənd kampaniyasına başlayıb.
ÜST tərəfindən verilən bəyanatda bildirilib ki, Sudan Xartumda geniş yayılmış vəbanın qarşısını almağa kömək etmək üçün 10 günlük peyvənd kampaniyasına start verib.
Bəyanatda qeyd olunub ki, ayın əvvəlində keçirilən ilk peyvənd mərhələsindən sonra Səhiyyə Nazirliyi, ÜST və UNİSEF-in dəstəyi ilə əlavə 2,6 milyon insanı bu xəstəlikdən qorumağı hədəfləyir.
Azərbaycan İnformasiya Agentliyi