Suriya, Livan və İordaniya hava məkanını mülki aviasiyaya açdı
Stokholm, 14 iyun (Hibya) – Qərb mediası şənbə günü Yaxın Şərqdə bəzi ölkələrin hava məkanlarını sərnişin təyyarələri üçün açdıqlarını xəbər verib.
Livanın Middle East Airlines şirkəti şənbə günü günorta saatlarında Beyrut hava limanında uçuşlara davam edəcəyini açıqlayıb.
Bəzi Yaxın Şərq ölkələri bu həftənin əvvəlində İsrail və İran arasında artan gərginlik səbəbilə hava məkanlarını mülki aviasiyaya bağlamaq qərarı vermişdi.
Məlum olduğu kimi, bu həftənin əvvəlində bir sıra böyük aviaşirkətlər İran və İsrailə uçuşları dayandırıb və hələlik qərarlarını dəyişməyiblər.
Azərbaycan İnformasiya Agentliyi