Suriya Müdafiə Naziri, əsasən druzların yaşadığı Süveyda şəhərində atəşkəs elan etdi
Stokholm, 15 iyul (Hibya) – Suriya rəsmiləri ordu qüvvələrinin son günlər druzlar və bədəvilər arasında baş verən toqquşmalarda onlarla insanın həyatını itirdiyi Süveyda şəhərinə daxil olduğunu bildirəndən sonra, Suriya Müdafiə Naziri tərəflər arasında atəşkəs elan olunduğunu açıqladı.
Müdafiə naziri Murhaf Əbu Qəsrə “X” sosial platformasında yazdı: “Süveyda şəhərində fəaliyyət göstərən bütün bölmələr üçün şəhərin ağsaqqalları ilə əldə edilmiş razılaşmadan sonra tam atəşkəs elan edirik.”
13 iyul bazar günü səhərindən etibarən Süveyda vilayətində baş verən silahlı toqquşmalar və artilleriya atəşləri nəticəsində ölənlərin sayı iki qadın və iki uşaq daxil olmaqla 100-ə çatıb.
Toqquşmalar yerli silahlılar və qəbilə üzvləri arasında qarşılıqlı həbslərdən sonra baş verib. Yerli qəbilə üzvlərindən ibarət bir qrup El-Mesamiye nəzarət-buraxılış məntəqəsi yaxınlığında bir gənci saxlayaraq onu amansızlıqla döyüb, pulunu, telefonunu və maşınını alaraq uzaq bir ərazidə sərbəst buraxıb.
El-Süveyda sakinləri bu hadisəyə cavab olaraq bir çox yerli qəbilə üzvünü həbs edib. Hadisələr bu səhər qəbilə üzvlərinin şəhərin şərqində yerləşən El-Mukaves məhəlləsində müvəqqəti nəzarət məntəqəsi quraraq mülki şəxsləri saxlaması ilə daha da gərginləşib.
Azərbaycan İnformasiya Agentliyi