Ukrayna Prezidenti Zelenski: Putin müharibəni bitirmək istəmir
Kiyev, 6 Aprel (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirmək istəmir və istənilən vaxt daha böyük güclə müharibəyə başlamaq üçün yollar axtarır.
Zelenski Ukraynanın müdafiə naziri Rüstəm Umerov ilə görüş keçirdiyini açıqlayıb.
O bildirib ki, təkcə ötən gecə ruslar Ukraynaya qarşı 100-dən çox hücum pilotsuz uçuş aparatı və 23 müxtəlif tipli, o cümlədən ballistik raketlərdən istifadə ediblər: “Hər gecə, hər gün Ukraynada həyat üçün böyük təhlükə yaradır. Hava hücumundan müdafiəmizi gücləndirməliyik.”
Zelenski əlavə edib ki, bu günkü Rusiya hücumu Qara dənizdən buraxılan raketləri də əhatə edib:
“Tərəfdaşlarımız bu raketlərin hansı gəmilərdən və dənizin hansı hissəsindən buraxıldığını bilirlər. Rusiyanın diplomatiyanı təhrif etməsinin və qeyd-şərtsiz atəşkəsi qəbul etməməsinin səbəblərindən biri də budur – onlar dənizdən şəhərlərimizə və limanlarımıza hücum imkanını saxlamaq istəyirlər. Putin müharibəni bitirmək istəmir; o, hər an daha böyük güclə yenidən başlamaq üçün yollar axtarır.”
Azərbaycan İnformasiya Agentliyi