UNRWA Fələstin üçün təcili atəşkəs çağırışı etdi
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi (UNRWA) Qəzzədə baş verən hadisələrə diqqət çəkmək üçün açıqlama yayıb.
UNRWA açıqlamasında təcili atəşkəs çağırışı edib.
Agentliyin rəsmi hesabında belə deyilib: “Qəzzədə getdikcə daha çox insan evlərini tərk etməyə məcbur olur. Onlar boş yollara çıxmağa məcbur edilirlər. Gedə biləcəkləri təhlükəsiz bir yer yoxdur. Heç bir sığınacaq yoxdur. Təcili atəşkəs üçün təcili tədbirlər görülməlidir.”
Azərbaycan İnformasiya Agentliyi