Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xəbərdə deyilir ki, Maskın vəzifədən uzaqlaşdırılması üçün konkret bir təqvim hələ müəyyən edilməyib və axtarış prosesinin davam edib-etmədiyi də aydın deyil.

Bu diqqətçəkən açıqlama göstərir ki, Tesla-nın bu il 45%-ə qədər ucuzlaşan, sonra isə ümumi bazar dirçəlişi ilə bir qədər toparlanan (TSLA) səhmlərinin vəziyyəti, Maskın vaxtının çox hissəsini Ağ Evin Hökumət Səmərəliliyi Nazirliyi (DOGE) təşəbbüslərinə sərf etməsi ilə bağlı olaraq idarə heyətinin səbirini tükəndirib.

Tesla-nın keçən həftəki hesabatına görə, şirkətin birinci rübdə satışları və mənfəəti azalıb. Şirkət mənfəətinin 71% azaldığını açıqlayıb. Bu şok edici hesabat Maskın həmin gün dövlət vəzifəsindən geri çəkilib Tesla-ya qayıdacağı elanından sonra ikinci planda qalıb.

Qəzet qeyd edir ki, Maskın geri dönüşü haleflik planlarına təsir edib-etməyəcəyi hələlik məlum deyil. Mask və Tesla isə bu barədə şərh verməyiblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp