Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yermak qeyd edib ki, Zelenskinin "Uşaqları Geri Qaytarın" təşəbbüsü çərçivəsində müvəqqəti işğal olunmuş ərazilərdən daha iki 18 yaşlı yeniyetmə xilas edilib.

Onun sözlərinə görə, işğalçıların təzyiqlərinə baxmayaraq, hər iki gənc məktəbi bitirdikdən sonra Rusiya universitetlərinə daxil olmaqdan imtina edib. "Bir gün hərbi çağırış vərəqəsi aldılar və Ukraynaya qarşı vuruşmaq üçün Rusiya ordusuna məcburi hərbi xidmətə alınmaq təhlükəsi ilə üzləşdilər. Uşaqlar təhlükəli bir qaçış etməyə qərar verdilər və bu gün təhlükəsizdirlər," – deyə Yermak bildirib.

Yermak əlavə edib ki, hər iki gəncin dənizçilik akademiyasında oxumaq və dənizçi olmaq arzusu olub: "İndi onlar qorxmadan arzulaya və gələcəklərini azad şəkildə planlaşdıra bilərlər. Hazırda onlar sənədlərinin bərpası üçün bütün lazımi yardımı, eləcə də psixoloji dəstək və məsləhət alırlar ki, həyatlarında yeni bir səhifə aça bilsinlər."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp