Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yermakın sözlərinə görə, Rusiya işğalı altındakı torpaqlarda 14 yaşlı qızı rus işğalçıları zorla Rusiyadakı uşaq evinə göndərmək istəyiblər. “Onun atası Ukrayna əsgəri idi və həlak olduqdan sonra uşaq işğal olunmuş ərazidə qohumları ilə qalıb. Rusiya uşaq müdafiə orqanları ailəyə təzyiq göstərərək uşağı zorla alacaqları ilə hədələyiblər,” – deyə o bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin “brigkinsback” təşəbbüsü çərçivəsində, Ukrayna Uşaq Hüquqları Şəbəkəsinin komandası bir gün ərzində bütün sənədləri hazırlayıb, təxliyə marşrutunu təşkil edib və qızı Ukrayna nəzarətindəki əraziyə təhlükəsiz şəkildə gətirib.

Yermak əlavə edib: “Hazırda uşaq illərlə onu gözləyən nənəsi ilə qovuşub və uyğunlaşma və bərpa prosesi üçün lazım olan dəstəyi alır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp