Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yermak bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransanın Prezidenti Emmanuel Makronun həmsədrliyi ilə keçirilən Koalisiya liderlərinin toplantısında iştirak edib.

O qeyd edib ki, 40 ölkənin liderləri Ukraynaya dəstəkdə birliyini bir daha təsdiqləyiblər:

“İştirakçılar Putin tərəfindən rədd edilən tam atəşkəs ideyasını yekdilliklə dəstəkləyiblər. Putin mülki şəxslərə hücum etməyə və NATO-nun hava məkanını pozmağa davam edir. Onlar Ukraynanın suverenliyinin toxunulmazlığını vurğulayıblar və mövcud cəbhə xəttinin danışıqlar üçün əsas olmalı olduğunu qeyd ediblər.”

Yermak əlavə edib ki, koalisiya Rusiyaya qarşı iqtisadi təzyiqi artırmaq, onun enerji resurslarını qlobal bazarlardan çıxarmaq, “kölgə donanması”na qarşı tədbirlər görmək və dondurulmuş aktivləri Ukraynanın ehtiyacları üçün istifadə etmək barədə razılığa gəlib.

O, həmçinin bildirib ki, tərəfdaşlar Ukraynanın enerji sektoruna dəstək vermək və əlavə hərbi yardımı, xüsusilə hava hücumundan müdafiə sistemlərini artırmaq barədə razılığa gəliblər. “Təhlükəsizlik zəmanətləri layihəsi də tamamlanıb; müharibə bitən kimi Ukraynanın səmasını və dənizlərini qorumaq üçün çoxtərəfli qüvvə yerləşdirilməsi planlaşdırılır,” – deyə Yermak qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp