Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Görüşdə Rusiya tərəfindən qaçırılan və qeyri-qanuni şəkildə deportasiya olunan ukraynalı uşaqların geri qaytarılması məsələsi müzakirə edilib.

Zelenski, ATƏT Parlament Assambleyasında ukraynalı uşaqların geri qaytarılmasına diqqət yetirəcək xüsusi nümayəndənin təyin edilməsini təklif edib. O, həmçinin BMT Baş Assambleyasında ukraynalı uşaqların qaçırılması və deportasiyasını pisləyən qətnamənin hazırlandığını bildirib və Assambleya Prezidentini bu sənədi dəstəkləməyə çağırıb.

Pere Xuan Pons Sampietro, Assambleyanın Ukraynalı Uşaqların Geri Qayıtması üçün Beynəlxalq Koalisiyaya qoşulacağını qeyd edib.

Görüşdə həmçinin Rusiyanın qanunsuz şəkildə saxladığı hərbi əsirlər və mülki şəxslərin azad edilməsi istiqamətində birgə səylər müzakirə olunub.

Sampietro Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayaraq deyib: “Bizim 300-dən çox parlamentarımız, 55-dən çox parlamentimiz var və sizin bir səsiniz var — bir vahid səsiniz. Bu səs, əlbəttə ki, bombalar və ya hərbi texnika ilə bağlı deyil, lakin biz siyasi və iqtisadi sanksiyaları, həmçinin hərbi yardımı dəstəkləyə bilərik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp