Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Görüşdən əvvəl Prezident Zelenski Danimarkanın Ukraynaya yeni təyin olunan səfiri Tomas Lund-Sorensenin etimadnaməsini qəbul edib və onu diplomatik fəaliyyətinə başlaması münasibətilə təbrik edib.

Zelenski Baş nazir Mette Frederiksenə, hökumətə və bütün Danimarka xalqına, tammiqyaslı işğalın ilk günlərindən etibarən Ukraynaya göstərdikləri sarsılmaz dəstəyə görə minnətdarlığını bildirib.

Tərəflər həmçinin sentyabr ayında Danimarkanın hava məkanını üç dəfə pozan pilotsuz uçuş aparatları ilə bağlı vəziyyəti və Ukraynanın kritik infrastrukturun qorunması sahəsindəki təcrübəsini müzakirə ediblər.

Səfir Lund-Sorensenlə görüş zamanı Zelenski müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini, Danimarka şirkətlərinin Ukraynanın bərpasında iştirakını və birgə layihələrin inkişafını müzakirə edib və deyib: “Danimarka modeli pilotsuz aparatların və raketlərimizin istehsalını artırmaqla dözümlülüyümüzə real töhfə verib.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp