Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Görüşdə Rusiyanın enerji infrastrukturuna hücumlarından sonra bölgələrdə aparılan bərpa işləri müzakirə olunub.

Zelenski qeyd edib ki, hökumət ön cəbhə bölgələrindəki enerji obyektlərini qorumaq üçün əlavə 1,5 milyard qrivna ayırıb. O, həmçinin bildirib ki, elektrik təchizatının sürətli bərpası üçün ehtiyat avadanlıqlar fondu yaradılıb və bu fondun genişləndirilməsi davam edir.

Görüşdə təbii qaz sektoru, qaz ehtiyatlarının artırılması və əhalinin enerji təchizatının təhlükəsizliyi məsələləri də müzakirə olunub. Zelenski bildirib ki, yaxın vaxtlarda əhali üçün təbii qazın qiymətlərinin sabitləşdirilməsi ilə bağlı qərar qəbul ediləcək və ön cəbhə bölgələrində istehlakçıların enerji təchizatının dayandırılmasına qarşı moratorium tətbiq olunub.

Zelenski həmçinin müəllim maaşlarının artırılması üçün konkret addımların hazırlanmasının və ölkə daxilində köçkünlərə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp