Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski bildirib ki, dünən ABŞ Prezidenti Donald Tramp və Avropalı həmkarları ilə keçirdikləri görüş barədə Ukraynanın mövqeyini Makronla bölüşüb.

O, Makronun digər liderlərlə keçirdiyi və keçirəcəyi görüşlər barədə məlumat verdiyini qeyd edib: “Mövqelərimizi koordinasiya edirik və əsas təhlükəsizlik məsələləri üzrə ortaq Avropa mövqeyinin vacib olduğunu görürük.”

Zelenski, həm müşavir, həm də lider səviyyəsində görülən işlərin nəticə verməli olduğu barədə razılığa gəldiklərini bildirib:

“Ukrayna buna hazırdır, amma hələlik Rusiya tərəfindən aydın ictimai reaksiya yoxdur. Əgər Rusiya müharibəni uzatmağa və konstruktiv səylərə mane olmağa davam edərsə, yaxın vaxtlarda bunun nəticələrini görəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp