Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski kansler Mers ilə danışdığını açıqlayıb.

O qeyd edib ki, Ukrayna və Almaniya müharibənin tezliklə və şərəfli bir sülhlə başa çatması fikrini bölüşür və bu müharibənin bitmə parametrlərinin Avropanın gələcək onilliklərdəki təhlükəsizlik mənzərəsini formalaşdıracağını bildirib. “Müharibə Avropada gedir və Ukrayna onun ayrılmaz bir hissəsidir; artıq Aİ-yə üzvlük danışıqlarına başlamışıq. Bu səbəbdən Avropa bu proseslərdə iştirak etməlidir,” deyə o bildirib.

Zelenski Almaniya ilə mövqelərini koordinasiya etdiklərini vurğulayıb:

“Bu gün Ukrayna və bütün Avropa, ABŞ-ın təşəbbüsü ilə ortaq mövqeləri uzlaşdırmaq üçün təhlükəsizlik müşavirlərinin onlayn görüşündə iştirak edəcək. Dünən isə sülhə nail olmaq üçün müxtəlif yüksək səviyyəli görüş formatları müzakirə olunub.”

O əlavə edib: “Ukrayna görüşlərdən qorxmur və Rusiya tərəfindən də eyni cəsarətli yanaşmanı gözləyir. Müharibəni bitirməyin vaxtı çatıb.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp