Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski hücumla bağlı paylaşdığı təfərrüatlarda bildirib ki, hücum zamanı ballistik raketlər də daxil olmaqla 18 raket və təxminən 400 hücum dronu istifadə olunub, onlardan təxminən 200-ü "Şahed" tipli pilotsuz uçuş aparatı olub.

Zelenski hücumun əsas hədəfinin Kiyev və ətrafı olduğunu, eyni zamanda Çerniqov, Sumı, Poltava, Kirovohrad və Xarkov bölgələrinin də atəşə tutulduğunu bildirib. Onun sözlərinə görə, Kiyevdə 2 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Zelenski Rusiyaya qarşı sanksiyaların daha sürətlə tətbiq edilməli olduğunu vurğulayıb və bildirib:

“Rusiyaya təzyiq elə güclü olmalıdır ki, terrorun nəticələrini həqiqətən hiss etsinlər. Tərəfdaşlarımızdan silah istehsalına sərmayə qoyulması və texnoloji inkişafların sürətləndirilməsi istiqamətində daha tez addımlar gözləyirik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp