Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski bildirdi ki, 30-dan çox ölkə və yüzlərlə beynəlxalq şirkətin iştirak etdiyi konfransda 200-dən çox saziş imzalanıb və onların ümumi dəyəri 10 milyard avronu ötür. O əlavə etdi ki, Avropa İttifaqı 2 milyard avrodan çox dəyərdə yeni yardım paketi təqdim edib, Finlandiya 300 milyon avro dəyərində xüsusi bərpa proqramı təklif edib və Niderland da 300 milyon avro yardım ayırıb.

Prezident konfransda Ukraynanın bərpasında humanitar amilin, xüsusən də fiziki, sosial və psixoloji bərpanın önə çıxarıldığını vurğulayıb.

Zelenski konfransda iştirak edən bütün liderlərə və nümayəndələrə Ukrayna xalqına göstərdikləri diqqət və dəstəyə görə təşəkkür edərək deyib: “Biz əsl sülh, təhlükəsizlik və bərpa üçün işimizi davam etdiririk. Bu gün Ukraynanın yanında olan hər kəsə minnətdarıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp