Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski, Konqo Demokratik Respublikasının Prezidenti Felix Tshisekedi ilə görüşdüyünü bildirib.

Zelenski qeyd edib ki, o, Tshisekediyə Ukrayna və Ukrayna xalqı ilə göstərdiyi həmrəyliyə görə təşəkkür edib: “Biz sülhün təmin olunmasının, suverenliyə və ərazi bütövlüyünə hörmətin, həmçinin ikitərəfli münasibətlərimizin inkişafının əhəmiyyəti barədə danışdıq. Bu müharibə dövründə ukraynalılar mühüm texnoloji təcrübə əldə ediblər və biz bunu bölüşməyə hazırıq.”

Zelenski əlavə edib: “Konqo Demokratik Respublikası da bu məsələyə maraq göstərir və biz razılaşdıq ki, komandalarımız qarşılıqlı faydalı tərəfdaşlıq üçün lazım olan bütün məsələləri müzakirə edəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp