Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski, Alman Birliyi Günü münasibətilə alman dostlarını səmimi arzularla təbrik edib.

Zelenski qeyd edib ki, Almaniya otuz beş il əvvəl azadlıq uğrunda mübarizəsi ilə dünyaya ilham verib: “Siz sadə, amma güclü bir həqiqəti ortaya qoydunuz: Moskvanın Avropanın ortasında və ya dünyanın başqa bir yerində quracağı heç bir divar və sərhəd xətti xalqın və demokratiyanın gücünə tab gətirə bilməz.”

Zelenski bildirib ki, Almaniyanın 35 il əvvəl yenidən birləşməsi Ukraynanın müstəqilliyini bərpa etməsini də sürətləndirib və əlavə edib:

“Almaniyanın liderliyi bu gün də bizim və bütün Avropanın müstəqilliyinin təmin edilməsinə kömək edir. Fridrix Mersə və 16 federal əyalətdəki bütün almanlara, Moskvanın Avropanı bölməyə yönəlmiş yeni cəhdlərinə qarşı Ukraynanın müqavimətinə göstərdiyiniz qətiyyətli dəstəyə görə təşəkkür edirəm. Biz birlikdəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp