Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski, Litva Prezidenti Gitanas Nauseda ilə danışdığını bildirib.

O, Litvaya və bütün Şimali Avropa və Baltik ölkələrinə Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyən dünənki bəyanatlarına, diplomatik səylər göstərməyə, Ukraynaya yardım etməyə və Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazır olduqları üçün təşəkkür edib. Zelenski deyib:

“Eyni fikri bölüşürük: əvvəlcə atəşkəs təmin edilməli, sonra isə müharibəni ədalətli və davamlı sülhlə bitirməyə imkan verəcək diplomatik həll yolu axtarılmalıdır. Aydın təhlükəsizlik təminatları olmadan hər hansı digər razılaşma Rusiyaya qüvvələrini bərpa etmək imkanı verəcək. Döyüş meydanındakı vəziyyəti və ehtiyaclarımızı müzakirə etdik. Litvaya, Ukraynaya Patriot sistemlərinin tədarükünə verdiyi töhfəyə görə təşəkkür etdim.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp