Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, Rumıniya bu gün hava məkanında Rusiya PUA-sının olması səbəbindən qırıcı təyyarələr qaldırıb. Onun sözlərinə görə, mövcud məlumatlara əsasən, PUA təxminən 10 kilometr Rumıniya ərazisinə daxil olub və NATO hava məkanında təxminən 50 dəqiqə fəaliyyət göstərib.

Zelenski həmçinin qeyd edib ki, Polşa bu gün Rusiya hücum PUA-ları təhlükəsinə qarşı hərbi müdaxilə edib:

“Əslində, Rusiya PUA-ları gün ərzində Belarus sərhədi boyunca şimal bölgələri də daxil olmaqla Ukraynanın müxtəlif bölgələrində fəaliyyət göstərib. İlkin məlumatlara görə, Belarus hava məkanı da Volın istiqamətində Ukrayna hava məkanına daxil olmaq üçün istifadə edilib.

Marşrutlar həmişə hesablanmış olur. Bu təsadüf, səhv və ya aşağı səviyyəli komandirlərin təşəbbüsü ola bilməz. Bu, Rusiyanın müharibəni açıq şəkildə genişləndirmə cəhdidir və onlar da məhz belə davranırlar. Əvvəlcə kiçik addımlar, sonda isə böyük itkilər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp