Zelenski: Putini yalnız Tramp dayandıra bilər
Kiyev, 14 iyun (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, heç kim Rusiya Prezidenti Vladimir Putini dayandıra bilməyib və bunu yalnız ABŞ Prezidenti Donald Tramp edə bilər.
Zelenski qeyd edib ki, bu günə qədər heç kim Putini dayandıra bilməyib, ancaq Tramp bunu edə bilər.
O əlavə edib ki, Putini dayandırmaq üçün bir şərt var: “O, pul itirməlidir. Yalnız o zaman ordusunu və hərbi sektorunu genişləndirə bilməyəcək.”
Zelenski sanksiyaların əhəmiyyətinə toxunaraq deyib: “Onlar bank sektorunu, kölgə donanmasını və neft qiymətlərini hədəfə alır. Rusiya enerjisinə qiymət tavanı qoymaq çox vacibdir, çünki neft onların əsas gəlir mənbəyidir. Hazırda Yaxın Şərqdə baş verənlər neft qiymətlərini artırır və bu, Avropanın təhlükəsizliyinə təsir edir. Məhz buna görə neft qiymətinə tavan belə güclü vasitədir.”
Azərbaycan İnformasiya Agentliyi