Zelenski: Sülh istəyən hər kəs hərəkətə keçməlidir
Kiyev, 9 iyul (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, sülh istəyən hər kəs hərəkətə keçməlidir.
Zelenski bildirib ki, hazırda Ukraynanın bir çox bölgəsində Rusiyanın ötən gecəki hücumunun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
O deyib ki, əsas hədəf Lutsk olub: “Dnepro, Jitomir, Kiyev, Kirovohrad, Mıkolayiv, Sumi, Xarkov, Xmelnitski, Çerkası və Çerniqov bölgələrində də dağıntılar qeydə alınıb. Bu hücum çox şeyi deyir – xüsusilə sülhün və atəşkəsin təmin olunması üçün intensiv səylərin göstərildiyi bir vaxtda baş verib. Lakin Rusiya bu təşəbbüslərin hamısını rədd etməyə davam edir.”
Zelenski bildirib ki, bu hücum sanksiyaların zəruriliyinə dair daha bir sübutdur:
“Moskvaya üç ildən artıqdır ki, müharibə aparmaq imkanı verən neftə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır. Həmin nefti alaraq qətlləri maliyyələşdirənlərə qarşı da ikinci dərəcəli sanksiyalar lazımdır. Tərəfdaşlarımız Rusiyanı yeni hücumlar əvəzinə müharibəni bitirməyə məcbur etməyin yollarını bilirlər. Sülh istəyən hər kəs hərəkətə keçməlidir.”
Azərbaycan İnformasiya Agentliyi