Brekelmans: Putinə təzyiq ciddi şəkildə artırılmalıdır
Amsterdam, 9 iyul (Hibya) – Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə təzyiq ciddi şəkildə artırılmalıdır.
Niderland müdafiə naziri Ruben Brekelmans bildirib ki, Rusiya terroru davam edir.
O, bu günə qədərki ən böyük hava hücumunun həyata keçirildiyini qeyd edərək deyib: “Ukrayna sülh üçün danışıqlar aparmaq istəyir, Rusiya isə imperialist iddiaları naminə döyüşməyə davam edir. Ukraynanın bütün tərəfdaşları daha çox dəstək verməli və Putinə təzyiqi ciddi şəkildə artırmalıdır.”
Azərbaycan İnformasiya Agentliyi