Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski Avropa liderlərinin görüşündə sülhə gedən yolun heç bir şərt olmadan başlamalı olduğunu bildirib.

Zelenski qeyd edib ki, əgər Rusiya bunu istəmirsə, ona qarşı güclü təzyiq göstərilməlidir: "Çərşənbə axşamından bəri masada atəşkəs təklifi var. 30 gün müddətinə tam, şərtsiz atəşkəs - bu, Amerika təklifidir."

Putinin atəşkəsin çox mürəkkəb olduğu barədə yalan danışdığını bildirən Zelenski əlavə edib: "Əslində hər şey nəzarət altında saxlanıla bilər və biz bunu amerikalılarla müzakirə etdik. Həqiqət budur ki, Ciddə danışıqlarından sonra Putin müharibəni demək olar ki, bir həftə uzatdı. Və o, bunu davam etdirəcək."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp